MN: Yeni hücum olmayıb, itkilərimiz yoxdur

      MN:    Yeni hücum olmayıb, itkilərimiz yoxdur
  22 İyul 2020    Oxunub:4660
"Bu istiqamətdə yeni bir hücum olmayıb. Əksinə, dövlət sərhədindəki sahəmizdə sakitlik hökm sürür, itkilərimiz yoxdur. Lakin sərhədin o biri tərəfində erməni hərbçiləri arasında çaxnaşma müşahidə olunub".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin yaydığı məlumata cavab olaraq deyib.

“Bir müddət əvvəl Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərində atıcı silahlardan atəş səsləri eşitdik. Görünür, erməni hərbçiləri arasında növbəti atışma baş verib.

Bir daha qeyd etmək istəyirəm ki, heç bir yeni hücum həyata keçirilməyib, bizim tərəfimizdən itkilər olmayıb. Erməni tərəfinin məlumatı növbəti bir dezinformasiyadır”, - deyə MN rəsmisi qeyd edib.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti