Prezidentlə görüşün “Hesabat”ı - VİDEO

Prezidentlə görüşün “Hesabat”ı - VİDEO
  20 Yanvar 2014    Oxunub:1114

“Prezident məhz jurnalistlərin qarşısında çıxış etdiyinin fərqində idi”.
ANS telekanalının vitse-prezidenti Mirşahin Ağayev “Hesabat” verilişində prezident İlham Əliyevlə ANS kollektivinin görüşündən danışıb. Telekanal rəsmisi verilişində ölkə başçısı ilə görüşün təəssüratlarını tamaşaçılarla bölüşüb.

M.Ağayevin fikrincə, ANS-in əməkdaşları ilə görüşdə prezident İlham Əliyevin etdiyi çıxışın ciddi təhlilə ehtiyacı var.

“Prezidentin nitqi proqram xarakterli idi. Bu baxımdan 17 yanvar görüşünü belə də adlandırmaq olar “Sensassiyalar vaxtı”.

Prezident məhz jurnalistlərin, məlumat daşıyıcılarının qarşısında çıxış etdiyinin fərqində idi. Ona görə də çox mətləblər barədə açıq, hər hansı sətiraltısız, filansız danışırdı. Elə mövzular var idi ki, onlar barədə isə ümumiyyətlə ilk dəfə danışırdı. Məsələn, bu görüşə qədər elə düşünürdüm ki, Şahdəniz-2 layihəsi ilə bağlı bütün təfərrüatları bilirəm. O zamana qədər ki, İlham Əliyev bu sözləri dedi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Şahdəniz-2 layihəsi gərgin şəraitdə imzalandı. İctimaiyyət əlbəttə ki, bir çox məsələlər haqqında məlumatlı deyildir. Çünki bildiyiniz kimi, bu məsələ kifayət qədər bağlı qapılar arxasında həll edilirdi. Ancaq yalnız bir şeyi deyə bilərəm ki, son həftəyə qədər Şahdəniz-2 layihəsinin imzalanması hələdə sual altında idi. Baxmayaraq ki, bir neçə ay ondan əvvəl 17 dekabr tarixi də müəyyən edilmişdi. Baxmayaraq ki, qonaqlar da dəvət edilmişdi və bütün tədbirlər də hazırlanmışdı. Ancaq müəyyən müdaxilələr hesabına son həftəyə qədər layihənin imzalanması dəqiq bəlli deyildi. Ancaq bir şeyi qeyd etməliyəm ki, Azərbaycan və onun tərəfdaşları bütün səyləri birləşdirirək bu tarixi layihənin imzalanmasına nail oldular”.

M.Ağayev Prezidentin verdiyi ip ucunun ardınca düşərək müəyyən müdaxilələrin nələrdən ibarət olduğunu aydınlaşdırmağa çalışıb.
“Ona görə də Rövnəq Abdullayevlə görüşdüm:

ARDNŞ-nin prezidenti, Rövnəq Abdullayev: “ TANAP-dan kontrol istəyənlərdə var idi. Azərbaycan nəzarəti həyata keçirtməsin. Nəzarəti başqalarına versin. Belə şeylər çox olur. Biz bunu qoruya bildik. Cənab prezident Azərbaycan TANAP-ın Cənubi Qafqaz boru kəmərinin Azərbaycan hökumətinin nəzarətində olan boru xəttlərinin həyata keçirilməlidir. Və bundan sonra keçiriləcək. Mən deyərdim ki, müdaxilə edənlərdə qazı çox olan tərəflərdi”.

Görürsünüz, necə deyərlər, ağzımız isti yerdəymiş. Elə bilirmişik ki, yel əsib qaz tökülüb. Dövlətin hansı çətinliklərlə üzləşdiyindən isə sadəcə xəbərsizik. Və ya, ötən il dövlət başçısı üç güclü qurumun - Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi və Müdafiə Nazirliklərinin rəhbərliyini dəyişdi. Hər üç fakt cəmiyyətə belə aşılandı ki, burada fövqəladə bir hadisə baş verməyib, prezident sadəcə konstitusiya hüququndan istifadə edib. Ortada ehtiyatlı bir yanaşma var idi. Deyəsən, elə cəmiyyət də yavaş-yavaş inanmışdı ki, adi dəyişiklikdir. Amma yanvarın 17-də İlham Əliyev ilk dəfə bu mövzuya qayıtdı və bəyan etdi ki, bu sadəcə kadr dəyişikliyi deyil.

Daha bir rəmz. Prezidentlə çəkdirdiyimiz şəkil oldu. Şəxsən məndən ötrü bu şəklin başqa mənası var. Bu bizim ailəvi şəklimizdir. Doğrudan da dövlət ailədirsə, niyə onda bu şəkil ailəvi olmasın.




Teqlər:  





Xəbər lenti