“Bu xəstəlik nə yaş, nə də milliyyət tanıyır” - Prezidentin köməkçisi

  “Bu xəstəlik nə yaş, nə də milliyyət tanıyır” -    Prezidentin köməkçisi
  20 İyul 2020    Oxunub:4446
İnsanlar xəstələnən zaman evdən çıxmamalı və işə getməməlidir. Belə məlumatlar var ki, insanların qızdırması olur, dərman içib qızdırmasını salıb işə gedir. Bu, yolverilməzdir. Çünki yoluxan insanların sayı artacaq.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, son 3-4 gün ərzində yoluxanların sayının azalması daha çox açılmalara getməyə imkan verəcək.

"Bu xəstəlik nə yaş, nə milliyyət tanıyır. Onun yoluxması bütün ölkələrdə eynidir. Biz daimi olaraq digər ölkələrin təcrübəsini öyrənirik. Vəziyyəti nəzarətdə saxlamaq üçün erkən diaqnostika və aşkarlanma vacibdir. Epidemiyanın sürətlə yayılmaması üçün yoluxan şəxsləri mümkün qədər tez aşkar etməliyik və ətrafında kontaktları müəyyən edib izolyasiya etməliyik. Bütün ölkəni, şəhəri sərt karantində saxlamaq ən bahalı və arzuolunmaz ssenaridir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Şahmar-Mövsümov   Qərargah  





Xəbər lenti