FHN təlim keçirdi

FHN təlim keçirdi
  19 Yanvar 2014    Oxunub:1111
Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri üçün “Deformasiyaya uğramış avtomobilin içərisindən zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirilib.

Təlimin məqsədi xilasetmə işlərinin yüksək səviyyədə təşkili və həyata keçirilməsi qaydaları, zərərçəkmişlərə ilk yardım və təxirəsalınmaz tibbi yardımın göstərilərək ərazidən təxliyə edilməsi üzrə bilikləri artırmaqdır.

Əvvəlcə xilasedicilər texniki təhlükəsizlik qaydaları barədə ətraflı təlimatlandırılmışlar. Ərazidə avtomobil qəzasının baş verməsi haqqında şərti siqnaldan sonra, xilasedicilər xilasetmə işlərinə başlayıblar. Qəzaya uğrayaraq deformasiyaya məruz qalmış avtomobilin kabinəsindəki şəxs xüsusi alət və avadanlıq vasitəsilə xilas edilib. Şərti yaralıya ilkin tibbi yardım göstərilib və hadisə yerinə gələn tibb işçilərinə təhvil verilib.

Sonda qrup komandirlərinin və xilasedicilərin fəaliyyəti təhlil edilib və xilasetmə əməliyyatının gedişində yol verilən nöqsanlar eləcədə əldə olunan təcrübə barədə fikir mübadiləsi aparıldı.


Teqlər:  





Xəbər lenti