Zakir Həsənovun yeni kadr dəyişikliyi

Zakir Həsənovun yeni kadr dəyişikliyi
  19 Yanvar 2014    Oxunub:2250
Müdafiə Nazirliyində kadr dəyişikliyi.
Zakir Həsənovun əmrilə Hüquq və Təşkilat Səfərbərlik İdarələrinə yeni rəis, Silahlı Qüvvələrin Artilleriya Qoşunları komandanı və nazirliyin aparat rəhbəri təyin edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Rauf Kişiyevi vəzifəsindən azad edərək sərəncama göndərib. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bu barədə nazirliyin "facebook" səhifəsində məlumat verilib. Onun yerinə ehtiyatda olan polkovnik leytenant, hüquq elmləri namizədi Aydın Əliyev təyin edilib. A.Əliyev DİN DQ-dən yaşa görə ehtiyata tərxis edilib.

Zakir Həsənovun daha bir əmrilə polkovnik Hikmət Xalıqov Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinə rəis təyin edilib. Polkovnik Hikmət Xalıqovdan əvvəl bu vəzifədə general leytenant Yaşar Aydəmirov xidmət edib.

Müdafiə nazirinin digər bir əmri ilə polkovnik Zahid Hüseynov Silahlı Qüvvələrin Artilleriya Qoşunları komandanı təyin edilib. Polkovnik Z.Hüseynovdan əvvəl bu vəzifədə general mayor Rafiq Hüseynov xidmət edib. Polkovnik Tahir Xalıqovi sə Müdafiə Nazirliyinin aparat rəhbəri təyin edilib.


Teqlər:





Xəbər lenti