Azərbaycan dilli yeni klaviatura hazırlanıb

Azərbaycan dilli yeni klaviatura hazırlanıb
  19 Yanvar 2014    Oxunub:1023
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov internetin bölgələrdə sürətinin keyfiyyətinin qaldırılması və qiymətləri barədə yeni tədbirlər planından danışıb. O, deyib ki, bu gün internetin bölgələrdə vəziyyəti Şərqi Avropa səviyyəsindədir: "Bizim məqsədimiz bu səviyyəni inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır. Kəndlərdə və ucqar yaşayış məntəqələrində internetin və rabitənin, informasiya texnologiyaları xidmətinin səviyyəsinin qaldırılması əsas məqsədimizdir. Artıq biz bu ildən Dövlət Neft Fondu ilə birlikdə geniş zolaqlı internet infrastrukturunun qurulmasına başlayırıq. Bu layihənin həyata keçirilməsi əsasən kəndlərdə, məktəblərdə və sosial yönümlü obyektlərdə daha geniş istifadə edilməsi nəzərdə tutulur".

AzVision.az APA- ya istinadən xəbər verir ki, nazir eyni zamanda yeni texnologiyalar, o cümlədən planşetlərin Azərbaycan əlifbasını dəstəkləməməsinə aydınlıq gətirib: "Bu yaxınlarda Azərbaycan dilinin klaviaturasının ikinci standartı hazırlanıb. Və bütün şirkətlərə göndərilib. Onlar tərəfində buna müsbət cavablar verilib"


Teqlər:  





Xəbər lenti