Ölkələr arasında qəbir davası başladı

Ölkələr arasında qəbir davası başladı
  18 Mart 2013    Oxunub:1367
İsrail Qüdsdə qədim qəbiristanlığı dağıdaraq yeni yaşayış məntəqəsi inşa etmək istəyir
İsrailin Qüdsün ən qədim qəbiristanlıqlarından birini dağıdaraq, orada yeni yaşayış məntəqəsi inşa etmək cəhdləri fələstinliləri ayağa qaldırıb.

Mamilla məzarlığının dağıdılmasına etiraz edən ərəblərlə təhlükəsizlik əməkdaşları arasında toqquşma yaşanıb. Bir neçə fələstinli ağır yaralanıb. Məlumat üçün bildirək ki, sözügedən qəbiristanlıq Fələstin müsəlmanları üçün olduqca vacib tarixi əhəmiyyətə malikdir.

Məsələ burasındadır ki, məhz bu məzarlıqda Islamın ilk dövrlərində Fələstinin istilasını həyata keçirmiş müsəlman döyüşçüləri uyuyur. Bundan başqa, Osmanlı dövründə bu torpaqlarda həyatını itirmiş şəxslər də Mamillada dəfn olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti