Tibb müəssisələrinin akkreditasiyasına görə rüsum müəyyənləşdi

  Tibb müəssisələrinin akkreditasiyasına görə rüsum müəyyənləşdi
  17 İyul 2020    Oxunub:3678
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.
Azvision.az xəbər verir ki, qanuna əsasən, dövlət rüsumu tutulmalı olan hərəkətlər və dövlət rüsumunun məbləği aşağıdakılardır:

- ambulator xidmət göstərən tibb müəssisələri - 2000 manat

- stasionar xidmət göstərən tibb müəssisələri - 4000 manat.

Eyni zamanda, qanun layihəsində tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri də göstərilir.

Belə ki, ambulator xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödəniləcək.

Stasionar xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun 250-dən çox çarpayısı olan tibb müəssisəsi üzrə 100 faizinin, 101-250 çarpayısı olan tibb müəssisəsi üzrə 90 faizinin, 50-100 çarpayısı olan tibb müəssisəsi üzrə 70 faizinin, 50-dən az çarpayısı olan tibb müəssisəsi üzrə isə 50 faizinin ödənilməsi nəzərdə tutulur.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti