Həftəsonu ictimai nəqliyyat işləməyəcək

Həftəsonu ictimai nəqliyyat işləməyəcək
  17 İyul 2020    Oxunub:3622
Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 18 iyul gecə 00:00-dan 20 iyul səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu gün müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti