Azərbaycana 100 təcili yardım avtomobili gətiriləcək
“Bu xəstəxanaların 36-sı son vaxtlar inşa edilib, o cümlədən modul tipli xəstəxanalardır. Həmçinin ambulator tibb müəssisələri də mövcuddur ki, xəstəliyi simptomsuz keçirənlərin müalicəsinə cəlb olunub. Bakıda 40 belə müəssisə var. Koronavirus xəstələri üçün çarpayıların sayı 10 mindən çoxdur.
Son vaxtlar 300-dən çox süni tənəffüs aparatı gətirilib. Həmçinin tibb xidmətinə müraciətlərin sayının artması nəzərə alınaraq 84 təcili tibbi yardım maşını alınaraq ölkəyə gətirilib, iyul-avqust aylarında daha 100 avtomobil gətiriləcək”, - deyə Baş Nazir qeyd edib.
Ə.Əsədov, həmçinin vurğulayıb ki, son aylar ölkədə koronavirus testi vermək üçün loboratoriyaların sayı 6-dan 30-a, gündəlik test vermək imkanı isə 1000-dən 10 000-ə çatdırılıb. Yaxın vaxtlarda isə yeni loboratoriyaların hesabına bu rəqəm 12-13 min olacaq.
Azvision.az
Teqlər: Baş-Nazir