Baş Nazir Fuat Oktaya məktub göndərdi

  15 İyul 2020    Oxunub : 2488
  Baş Nazir Fuat Oktaya məktub göndərdi
Azərbaycanın Baş Naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb.
Azvision.az xəbər verir ki, məktubda Baş Nazir iyulun 12-də Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törədilən hərbi təxribatı pisləyən bəyanatına və ölkəmizə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Baş Nazir Əli Əsədov Fuat Oktayın “Səninləyik Azərbaycan” ifadəsini səsləndirməklə bir daha əsl qardaşlıq nümunəsi göstərdiyini vurğulayıb.

Azərbaycan dövlətinin və xalqının bu qardaşlıq dəstəyini yüksək qiymətləndirdiyi bildirilib.

Baş Nazir Əli Əsədov, həmçinin Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümündə bu cinayəti bir daha qətiyyətlə pislədiyini və qəbuledilməz hesab etdiyini qeyd edib, dövlət çevrilişi cəhdinin qarşısının alınması üçün canlarını verən şəhidlərin ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib.

Azvision.az

Teqlər: Baş-Nazir   Əli-Əsədov