Milli Məclisə dəyən ziyanın məbləği açıqlandı

Milli Məclisə dəyən ziyanın məbləği açıqlandı
  15 İyul 2020    Oxunub:4552
Milli Məclis Aparatı dünən baş verən hadisələrlə bağlı yeni açıqlama yayıb.
Azvision.az -a daxil olan məlumatda bildirilir ki, ötən gün axşam Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, Parlamentin əmlakına və inventarına ziyan vurub.

Dağıntılar zamanı Milli Məclisə ümumilikdə 22 150 AZN məbləğində maddi ziyan dəyib.

"Azərbaycan Respublikası Milli Məclisi olaraq Parlamentdə baş verən təxribatçı fəaliyyəti qəti şəkildə pisləyir, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıdığımızı ifadə edirik", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti