Ermənistan vətəndaşı: “Orduda vəziyyət çox pisdir”

    Ermənistan vətəndaşı:    “Orduda vəziyyət çox pisdir”
  15 İyul 2020    Oxunub:4049
Ermənistan ordusunda vəziyyət çox pisdir, heç kim bir-birini qəbul etmir, intizamsızlıq var, bir-birilərinə tabe olmurlar, narkotikdən geniş istifadə edilir.

Azvision.az xəbər verir ki, bunu Naxçıvana keçən Ermənistan vətəndaşı, 30 yaşlı Narek Sardaryan deyib.
Onun sözlərinə görə, orduda hərbçilərin narkotik yetişdirib satmasına göz yumulur: "Ümumiyyətlə, orada polis narkotikdən itifadə edənlərə qarşı heç bir tədbir görmür. Ayrı-ayrı ərazilərdə tiryək və narkotik yetişdirilir, polis zəifdir, mübarizə apara bilmir".

Sardaryan qeyd edib ki, Ermənistan ordusunda hərc-mərclik hökm sürür: "Orduda hərc-mərclik, intizamsızlıq və rüşvətxorluq baş alıb gedir, vəziyyət çox pisdir".

Azvision.az


Teqlər: Ermənistan   Ordu  





Xəbər lenti