Azərbaycan səfirliklərinin mühafizəsi gücləndirildi
15 İyul 2020
Oxunub:3838
“Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin radikal erməni təşkilatlarının təhdidlərinə qarşı ehtiyatlı olmaları məqsədilə tərəfimizdən səfirlik və konsulluqlarımıza təlimat verilib”.
Azvision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycanın Fransadakı Səfirliyinin binasına qarşı törədilən vandalizm aktı ilə bağlı yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Vyana Konvensiyası əsasında diplomatik nümayəndəliklərimizin mühafizəsinin gücləndirilməsi ilə əlaqədar aidiyyəti üzrə xarici ölkələrə tərəfimizdən müraciət göndərilib.