ALES-ə sənəd qəbulu başa çatır
İmtahan mayın 12-də Türkiyə ilə yanaşı, Nikosiya və Bişkekdə də keçiriləcək.
Qeyd edək ki, ALES (“AKADEMİK PERSONEL VE LİSANSÜSTÜ EĞİTİME GİRİŞ SINAVI”) Türkiyədə magistraturaya qəbul imtahanıdır. Türkiyədə ali təhsilin magistr və doktorantura pillələrini qazanmaq istəyən həm türkiyəli, həm də xarici ölkə vətəndaşları bu imtahanda iştirak etməlidirlər. İmtahana bakalavr, magistr məzunları və son kurs tələbələri müraciət edə bilərlər. İmtahan ildə iki dəfə (Yaz- Payız) keçirilir. ALES İmtahanın nəticəsi 3 il etibarlıdır. İmtahan test üsulu ilə keçirilir.