Şəhid mayorlar son mənzilə yola salındı - YENİLƏNİB

Şəhid mayorlar son mənzilə yola salındı -  YENİLƏNİB
  15 İyul 2020    Oxunub:4590
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olan mayor Əhmədov Namiq Hajan oğlu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn olunub.
Azvision.az xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları və qohumları iştirak ediblər.

Dəfn mərasimindən sonra Azərbaycan bayrağı şəhidin atası Hajan Əhmədova təqdim edilib.

Namiq Əhmədovun bir qız, bir oğlan övladı var.

Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olan mayor Novruzov Anar Gülverdi oğlu isə Masallı rayonu Ərkivan qəsəbəsində dəfn edilib. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı onun övladına təhvil verilib.

Azvision.az


Teqlər: Şəhid   Dəfn  





Xəbər lenti