Erməni mayor və kapitan məhv edildi

 Erməni mayor və kapitan məhv edildi
  14 İyul 2020    Oxunub:9813
İşğalçı Ermənistan tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədində, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə ağır itkilər versə də, bunu mümkün qədər gizlətməyə çaşılır.
Azvision.az xəbər verir ki, davam edən döyüşlər zamanı sarsıdıcı zərbələr alan düşmən yalnız iki hərbçisinin öldüyünü etiraf edib, digər itkiləri hələ ictimaiyyətə açıqlamağa tələsmir.

Erməni KİV-lərinin yaydığı məlumata görə, Ermənistan ordusunun mayoru Qaruş Vemiri Ambarçumyan və kapitan Sos Paylaki Elbəkyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib.

Azərbaycanın Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev isə bu gün jurnalistlərə açıqlamasında bildirib ki, iyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonu istiqamətində şiddətli döyüşlər davam edib. Düşmənə sarsıdıcı zərbələr endirilib. Onun sözlərinə görə, Ermənistanın yüzə yaxın canlı qüvvəsi və hərbi texnikaları məhv edilib.

Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti