Tovuzda erməni təxribatı davam edir: Mülki vətəndaşımız həlak oldu - (YENİLƏNİB)
Qeyd edək ki, mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür.
Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məntəqələrinin infrastrukturuna ciddi ziyan vurulub.
Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və bunu ciddi qınamalıdırlar.
***
"Ermənistan rəhbərliyi onların hərəkətlərinin cəzasız qalacağını düşünməməlidir!"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter" hesabında yazıb.
“Ermənistan silahlı qüvvələri Azərbaycan və Ermənistanın dövlət sərhədi boyunca Tovuz rayonunun kəndlərində yaşayan mülki şəxsləri hədəfə alıblar. Ermənistanın təcavüzkar və terrorçu mahiyyəti yenidən üzə çıxdı. Təcavüzə son qoyun”.
Azvision.az