Nazir Aİ rəsmisini erməni təxribatı barədə məlumatlandırdı
Ermənistanın bu təcavüz aktının münaqişənin həlli üzrə danışıqların mahiyyətini ciddi şübhə altına aldığı və məhz Ermənistanın və onun təcavüzkar siyasətinin bölgədə sülh və təhlükəsizliyə əsas təhlükə mənbəyi olduğunu, o cümlədən bölgədəki böyük geo-strateji layihələrə təhlükə törətmək ehtimalının olduğunu qeyd edib.
C.Borel Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünün iki ölkə sərhədində baş vermiş insident ilə bağlı bəyanat ilə çıxış etdiyini qeyd edib. O, Aİ-nin bölgədə gərginliyin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsinin tərəfdarı olduğunu, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini və münaqişənin həlli üzrə substantiv danışıqların aparılması mövqeyindən çıxış etdiyini bildirib.
Azvision.az
Teqlər: XİN Məmmədyarov Təxribat