Prezidentin köməkçisi: “Şəhidlərin qanı yerdə qalmayıb”

    Prezidentin köməkçisi:   “Şəhidlərin qanı yerdə qalmayıb”
  14 İyul 2020    Oxunub:4574
Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib və aidiyyatı dövlət qurumlarının qarşısında tapşırıqlar qoyulub.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Real TV”-yə müsahibəsində deyib.

H.Hacıyev bildirib ki, hadisə baş verəndən dərhal sonra cənab Prezidentin tapşırığı əsasında Azərbaycan Respublikası tərəfindən hadisəyə dərhal siyasi hüquqi qiymət verilib və təcavüz aktı təxribat kimi qiymətləndirilib, bunun da məsuliyyətinin Ermənistan Respublikasının üzərinə düşdüyü bildirilib.

"Bu təxribatın Ermənistan silahlı qüvvələri tərəfindən törədilməsi açıq-aydındır, çünki onlar qəflətən, xaincəsinə, qorxaqcasına artileriyadan istifadə edərək Azərbaycan postuna hücum ediblər. Bunun müqabilində dərhal Azərbaycan Silahlı Qüvvələri tərəfindən əks həmlə tədbirləri görülüb, bu gün də həmin əks həmlə tədbirləri davam edir. Azərbaycan şəhidlərinin qanı yerdə qlamayıb və onların qisası layiqincə alınır".

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan tərəfi həyata keçirdiyi təcavüz və işğal siyasətindən qaçmaq istəyir, yeni münaqişə ocaqları yaratma və regionda gərginliyi artırmağa çalışır.

"Ermənistanın özündə vəziyyət kifayət qədər gərgindir, sosial, iqtisadi və demoqrafik müstəvidə olan vəziyyətin daha da mürəkkəbləşməsi baş verir. Belə olan halda xarici düşmən obrazı yaratmaq və vəziyyəti gəginləşdirməklə ictimai fikri çaşdırmağa çalışırlar. Həmçinin onlar üzv olduqları müxtəlif siyasi təşkilatları prosesə cəlb etmək istəyirdilər".

Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti