TƏBİB: 58 xəstə süni tənəffüs cihazındadır

      TƏBİB:    58 xəstə süni tənəffüs cihazındadır
  14 İyul 2020    Oxunub:3251
Azərbaycanda koronavirusla bağlı 13 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 8015 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 576 min 249-a çatıb.

Reanimasiyada olan xəstə sayı 356, süni tənəffüs cihazında olan xəstə sayı 58-dir.

İndiyədək ölkədə ümumilikdə 24 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.



Azvision.az


Teqlər: TƏBİB   Koronavirus   Pandemiya  





Xəbər lenti