AZAL daha 233 nəfəri Moskvadan Bakıya gətirdi
AZAL-ın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, "Airbus A340" hava gəmisi ilə Azərbaycan vətəndaşları Vətənə çatdırılıb.
Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀
AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.
Azvision.az