Reanimasiyada olan xəstələrin sayı 356-ya çatdı

   Reanimasiyada olan xəstələrin sayı 356-ya çatdı
  13 İyul 2020    Oxunub:3636
Azərbaycanda koronavirusla bağlı 12 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 7878 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 568 min 234-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 356, süni tənəffüs cihazında olan xəstə sayı 58-dir.

Hazırkı dövrədək ölkəmizdə 24 min 41 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 15 min 93 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib. Aktiv xəstə sayı 8642 nəfərdir.



Azvision.az


Teqlər: TƏBİB   Koronavirus   Pandemiya   Xəstə  





Xəbər lenti