Müdafiə Nazirliyi: Əməliyyat şəraiti nəzarət altındadır

  Müdafiə Nazirliyi:  Əməliyyat şəraiti nəzarət altındadır
  12 İyul 2020    Oxunub:5464
Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi ilə bağlı yayılan məlumata Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı münasibət bildirib.
Azvision.az-ın məlumatına görə, Vaqif Dərgahlı qeyd edib ki, Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib.

Onun sözlərinə görə, əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti