TƏBİB: 49 xəstə süni tənəffüs cihazına qoşulub

      TƏBİB: 49 xəstə süni tənəffüs cihazına qoşulub
  12 İyul 2020    Oxunub:6290
Azərbaycanda koronavirusla bağlı 11 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 8045 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 560 min 356-ya çatıb.

Reanimasiyada olan xəstə sayı 339, süni tənəffüs cihazında olan xəstə sayı 49-dur.



Hazırkı dövrədək ölkəmizdə 23 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 14 min 607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib. Aktiv xəstə sayı 8616 nəfərdir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus   Pandemiya  





Xəbər lenti