İspaniya Əfqanıstandan çıxdı

İspaniya Əfqanıstandan çıxdı
  18 Mart 2013    Oxunub:1285
İspaniya hərbi kontingentini Əfqanıstandan çıxarmağa başlayıb.
İspaniya hərbi qüvvələrinin bölmələri Badqiz vilayətindəki Kala-e Nau şəhərində yerləşən bazanı tərk edərək Herat vilayətindəki hərbi bazaya toplaşır. Buradan isə vətənə yola düşəcək.

Artıq ispanların Mukur və Ludin vilayətlərindəki bazaları bağlanıb. İspan hərbçiləri 2014-cü ildə Əfqanıstandan tamamilə çıxacaq. Hazırda Əfqanıstanda 1.606 ispan zabit və əsgəri var. Əfqanıstanda 2003-cü ildən indiyədək 100 nəfər ispan hərbçisi həlak olub.


Teqlər:  





Xəbər lenti