Ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı

 Ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı
  12 İyul 2020    Oxunub:5711
Ermənistan nümayəndə heyətinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırmaq niyyəti baş tutmayıb.
Azvision.az xəbər verir ki, Azərbaycanın Rusiyadakı Səfirliyindən verilən məlumata görə, Ermənistan tərəfinin fondun İdarə Heyətinin sədri vəzifəsinə yeni seçkilərin keçirilməsi təklifi İdarə Heyətinin üzvləri tərəfindən mənfi qarşılanıb.

Ancaq Polad Bülbüloğlu seçkilərin keçirilməsini dəstəkləyib və seçkilər keçirilib. Nəticədə Polad Bülbüloğlu yekdilliklə fondun İdarə Heyətinin sədri seçilib.

Qeyd edək ki, İdarə Heyətinin sədri iki il müddətinə seçilir. Polad Bülbüloğlu 2010-cu ildən İdarə Heyətinin sədridir. Quruma yeni seçkilərin keçirilməsi 2020-ci ilin sonunda nəzərdə tutulur.

Azvision.az


Teqlər: Səfir   Təxribat  





Xəbər lenti