Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

 Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu,  6 nəfər öldü
  11 İyul 2020    Oxunub:11391
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 531 yoluxma faktı qeydə alınıb, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 23 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 14 min 607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib. Aktiv xəstə sayı 8616 nəfərdir.

Ötən müddət ərzində 560 min 356 test aparılıb. Bugünkü test sayı isə 8045-dir.

Azvision.az


Teqlər: Koronavirus   Xəstəlik   Qərargah  





Xəbər lenti