Kürdə batanların meyitləri tapıldı - YENİLƏNİB

Kürdə batanların meyitləri tapıldı -  YENİLƏNİB
  11 İyul 2020    Oxunub:6225
09.07.2020-ci il tarixində Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun meyiti saat 12:00-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Azvision.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, iyulun 9-da eyni ərazidə batan 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının meyiti batdığı gün, 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti bu gün saat 10:30-da tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***
Azvision.az FHN-ə istinadən xəbər verir ki, 09.07.2020-ci il tarixində Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.

Azvision.az


Teqlər: Kür   FHN   Xilasetmə  





Xəbər lenti