“Həkimə telefonla müraciət edilməlidir” - Aparat rəhbəri

“Həkimə telefonla müraciət edilməlidir” -    Aparat rəhbəri
  10 İyul 2020    Oxunub:5201
“Poliklinikalara müraciət mümkün qədər telefon vasitəsilə olmalıdır”.

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib.
N.Zeynalov qeyd edib ki, Bakı şəhəri üzrə poliklinikaların hamısının əlaqə nömrəsi var:

“Çalışmalıyıq ki, potensial xəstə olan insanların evdə qalmasını təmin edək. Poliklinikaların girişində və yaxınlığında xüsusi məntəqələr yaradılıb. Çalışırıq ki, potensial və potensial koronavirus olmayan xəstələr qarşılaşmasın. Poliklinikada həkimə telefonla müraciət edilməlidir, koronavirus şübhəsi varsa, həkim briqadası ev şəraitində test üçün yaxma götürür. Əgər xəstə poliklinikiya gəlibsə, şübhə varsa, yaxma götürülür və əgər vəziyyəti ağır deyilsə, xüsusi maşınla evə aparılır”.

Nazirlik rəsmisi nəzərə çatdırıb ki, tibb işçiləri mütəmadi olaraq qoruyucu geyimlərlə təmin olunur.

Aytən Zəhra
Azvision.az


Teqlər: Həkim   Müraciət  





Xəbər lenti