"Sağalan şəxs digərlərini yoluxdurmur" - Yaqut Qarayeva

   "Sağalan şəxs digərlərini yoluxdurmur" -    Yaqut Qarayeva
  10 İyul 2020    Oxunub:4080
Şəxs koronavirusdan klinik olaraq sağalıbsa, ondan təkrar test olunması tələb edilmir.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bir sıra ölkələrdə bəzi şəxslərdə sağaldıqdan sonra virus genetik qaldığı üçün test pozitiv nəticə göstərə bilər.

"Lakin həmin şəxs yoluxdurmur. Xəstəliyi keçirmiş adamda artıq immunitet yaranır və rahatlıqla işə çıxa bilər. Vətəndaşın 21 günlük izolyasiyası bitdikdən sonra test istənilməsi tibbi olaraq düzgün deyil".

Aytən Zıhra
Azvision.az


Teqlər: Koronavirus   Sağalan  





Xəbər lenti