Ölkədə COVID-19-dan sağalanların sayı 14 mini ötüb

   Ölkədə COVID-19-dan sağalanların sayı 14 mini ötüb
  10 İyul 2020    Oxunub:3171
Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, indiyədək ölkədə ümumilikdə 22 990 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14 093 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib, 8 605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azvision.az


Teqlər: Koronavirus   Sağalan  





Xəbər lenti