Obama Qüdsə canavarla gedəcək

Obama Qüdsə canavarla gedəcək
  18 Mart 2013    Oxunub:1281
Obamanın Qüdsə canavar ləqəbli zirehli avtomobili ilə gələcəyi və İsrail paytaxtında düz 5 min polis tərəfindən qorunacağı açıqlanıb.
Amerika prezidenti Barak Obamanın İsrail səfərindən öncə fövqəladə təhlükəsizlik tədbirləri görülür. Obamanın çərşənbə günü başlayacaq səfərinin təhlükəsizlik tədbirləri İsrail mətbuatının əsas mövzularından birinə çevrilib.

“Ynetnews” xəbər saytı isə Obamanın Qüdsü gəzəcəyi canavar ləqəbli avtomobilinə diqqət çəkib. “Yeriyən qala” adlandırılan avtmobilin Obamanı mümkün qəsd və hücumlardan qorumağa qadir olduğu vurğulanıb.

Çərşənbə günü başlayacaq səfərin 3 gün davam edəcəyi gözlənilir.



Teqlər:





Xəbər lenti