Sumqayıt yolunda yeni geridönmə hissə yaradıldı - FOTO

Sumqayıt yolunda yeni geridönmə hissə yaradıldı -    FOTO
  09 İyul 2020    Oxunub:2815
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun «Xırdalan dairəsi” istiqamətində avtonəqliyyat vasitələrinin geri dönməsini təmin etmək məqsədi ilə sözügedən avtomagistralın təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını “Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində “Xırdalan dairəsi” ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək.

Qeyd edək ki, yeni geridönmə hissə bir istiqamətlidir və yalnız paytaxtda doğru hərəkəti təmin edir.









Azvision.az


Teqlər: Sumqayıt   Yol  





Xəbər lenti