Yeni komandan Zaqatalada

Yeni komandan Zaqatalada
  18 Yanvar 2014    Oxunub:2828
Daxili Qoşunların komandanı Zaqatalada "N" saylı hərbi hissəsində olub.
AzVision.az xəbər verir ki, bu gün daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov 2014-cü ildə qarşıya qoyulmuş xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlığın vəziyyətinin yoxlanılması məqsədilə Daxili Qoşunların Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində olub.

Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Daxili Qoşunların komandanı hərbi hissəyə ümumi baxış keçirib, şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıb, xidməti döyüş fəaliyyəti ilə yaxından tanış olub. Hərbi hissədə xüsusi taktiki təlim nümayiş etdirilib.

Sonra xidməti müşavirə keçirilib.

Müşavirədə çıxış edən general-mayor Ş.Məmmədov xüsusi olaraq vurğulayıb ki, Silahlı Qüvvələrdə, o cümlədən Daxili Qoşunlarda yaradılmış hərtərəfli şərait Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin şəxsi heyətə göstərdiyi diqqət və qayğının tərkib hissəsidir.

Daxili Qoşunlar Komandanı əlavə edib ki, son illər Daxili Qoşunların kadr potensialının gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndrilməsi, müasir texnika və avadanlıqlarla təchiz olunması, yeni hərbi şəhərciklərin yaradılması, hərtərəfli şəraitə malik xidməti mənzillərin istifadəyə verilməsi və s. istiqamətlərdə çox işlər görülüb.

Daxili Qoşunların komandanı, general-mayor Ş.Məmmədov qeyd edib ki, Daxili Qoşunların şəxsi heyəti Azərbaycan Respublikasının qanunlarından, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fərman və sərəncamlarından, eləcə də daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmr və göstərişlərindən irəli gələn vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, öz andına sadiq qalaraq, polis orqanlarının əməkdaşları ilə birgə ölkədə sabitliyin, əmin-amanlığın keşiyində mətinliklə dayanacaq.
Daha sonra general-mayor Ş.Məmmədov hərbi hissənin xidməti döyüş fəaliyyətinin daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verbi.

Məlumat üçün bildirək ki, general-mayor Ş.Məmmədov daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı vəzifəsinə təyin olunduqdan sonra regionlarda yerləşən hərbi hissələrə səfərinə ilk olaraq Zaqataladakı hissədən başlayıb.

Ötən müddət ərzində general-mayor Ş.Məmmədov Daxili Qoşunların Bakı Qarnizonunda yerləşən bütün hərbi hissələrinin xidməti döyüş fəaliyyəti ilə yaxından tanış olub, müvafiq məsələlərin həlli istiqamətində konkret tapşırıqlarını verib.


Teqlər:  





Xəbər lenti