General-leytenant vəzifəsindən azad edildi - FOTO

 General-leytenant vəzifəsindən azad edildi -  FOTO
  09 İyul 2020    Oxunub:34592
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, general-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib.

General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: General   MN  





Xəbər lenti