Mağazadan 3 min manatlıq telefon oğurlandı

Mağazadan 3 min manatlıq telefon oğurlandı
  09 İyul 2020    Oxunub:2215
Bakıda mobil telefon mağazasından oğurluq edilib.
Azvision.az -ın məlumatına görə, hadisə iyulun 5-dən 6-na keçən gecə paytaxtın Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs O.Məmmədzadəyə məxsus mağazanın qapısını sındırmaqla 2 897 manat dəyərində mobil telefonlar oğurlayıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Emil Subanov tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az


Teqlər: Mağaza  





Xəbər lenti