Parlament sədrləri telefonla danışdılar

Parlament sədrləri telefonla danışdılar
  08 İyul 2020    Oxunub:2389
Milli Məclisin sədri Sahibə Qafarova və iyulun 7-də yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilən Mustafa Şentop arasında bu gün telefon danışığı olub.
Azvision.az xəbər verir ki, Sahibə Qafarova bu barədə “Facebook” hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Qardaş ölkənin Spikerinə fəaliyyətində davamlı uğurlar arzuladım. Telefon danışığımızda ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün yorulmadan çalışmaq niyyəti və əzmimizi bir daha ifadə etdik”.

Azvision.az


Teqlər: Milli-Məclis   TBMM   Sahibə-Qafarova  





Xəbər lenti