İndiyədək 537 mindən çox test aparılıb

  08 İyul 2020    Oxunub : 2177
 İndiyədək 537 mindən çox test aparılıb
Azərbaycanda indiyə qədər koronavirusa görə aparılan testlərin sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7355, ötən müddət ərzində isə ümumilikdə 537 min 230 test aparılıb.

Azvision.az

Teqlər: Koronavirus   Test