Gündə iki dəfə evdən çıxmağa icazə verilsin! - TƏKLİF

  08 İyul 2020    Oxunub : 2654
   Gündə iki dəfə evdən çıxmağa icazə verilsin! -    TƏKLİF
Milli Məclisin deputatı Aydın Mirzəzadə Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlayıb.
Azvision.az -ın məlumatına görə, deputat bildirib ki, Azərbaycanın bir sıra şəhər və rayonlarında iyunun 21-dən tətbiq edilmiş və sonradan iyulun 20-dək uzadılmış sərtləşdirilmiş xüsusi karantin rejiminin bir sıra sərt tələbləri var. Onlardan da biri budur ki, vətəndaşlar yaşadıqları yeri gün ərzində bir dəfə bir səbəbə və iki saat müddətinə elektron icazə sistemindən razılıq almaqla tərk edə bilərlər.

"Son dövrdə bir qrup vətəndaş mənə müraciət edərək həmin vaxtı iki dəfəyə istifadə etməyə razılıq verilməsini xahiş edirlər. Belə ki, bəzi hallarda hansısa məsələlərə dair iki dəfə evdən çölə çıxmaq ehtiyacı yaranır. Müvafiq dəyişiliklər edilməklə vətəndaş ya bir dəfəyə iki saata, ya da özü seçim etməklə gün ərzində 1+1 və ya 0,5 + 1, 5 saat hesabı ilə iki dəfə evdən çölə çıxa bilər.

Təklifi məqbul hesab edirəm. Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edərək təklifi dəyərləndirməyi və qərarda müvafiq dəyişiklik edilməsini təklif edirəm", - deyə deputat vurğulayıb.

Azvision.az

Teqlər: Deputat