12 min nəfər özünəməşğulluq proqramına cəlb olunacaq

12 min nəfər özünəməşğulluq proqramına cəlb olunacaq
  08 İyul 2020    Oxunub:2472
Ölkədə pandemiya dövründə özəl sektorda əmək müqaviləsi bildirişlərinin sayı 100 minə yaxın artıb.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev REAL TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu artımın səbəbi qeyri-formal məşğulluqla bağlı vətəndaşların leqal əmək fəaliyyətinə marağının artması ilə əlaqədardır.

"Pandemiya dövründə aktual olan tədbirlərdən biri də özünəməşğulluq proqramının genişləndirilməsidir. Qarşımızda qoyulan hədəfə uyğun olaraq nazirlik bu il 12 min şəxsin özünəməşğullunu təmin etməlidir. Hazırda 3500-ə yaxın işsiz şəxsin təlimlərə cəlb olunmasını təmin etmişik. İlin sonuna qədər 12 minə yaxın vətəndaşı proqrama cəlb edəcəyik. Proqramın təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması ilə bağlı nazirliyin müxtəlif təşkilatlarla layihələri var".

Azvision.az


Teqlər: Nazirlik  





Xəbər lenti