Yanğınsöndürən maşın qəzaya düşdü - FHN təsdiqlədi

Yanğınsöndürən maşın qəzaya düşdü -  FHN təsdiqlədi
  08 İyul 2020    Oxunub:3602
Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonunda yanğınsöndürmə avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumata münasibət bildirib.
FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Azvision.az -a açıqlamasında deyib ki, yanğın çağırışı ilə əlaqədar hərəkətdə olan Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə avtomobili “VAZ 2101” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nazirlik rəsmisi qeyd edib ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti