Quterreş Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəklədi

 Quterreş Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəklədi
  08 İyul 2020    Oxunub:2900
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışır.
Azvision.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

BMT-nin Baş katibi telefon zənginə görə Prezident İlham Əliyevə təşəkkür edib. Quterreş BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib.

Prezident Ilham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq.

Azvision.az


Teqlər: BMT   Baş-Katib  





Xəbər lenti