1482 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi

   1482 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi
  07 İyul 2020    Oxunub:3114
Karantin rejimi qaydalarını pozan 1482 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Azvision.az -a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 06.07.2020-ci il saat 00:00-dan 07.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 332 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 149 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 1 482 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Azvision.az


Teqlər: Polis  





Xəbər lenti