Azay Quliyev hesabat verdi

Azay Quliyev hesabat verdi
  17 Yanvar 2014    Oxunub:1100
2013-cu ilde ölkə QHT-lərinə dövlət dəstəyi Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyası"na uyğun şəkildə həyata keçirilib.

2013-cü ildə yerli QHT-lərin Şura tərəfindən dəstəklənmiş 474 layihəsinin maliyyələşdirilməsinə 3 414 632 manat ayrılıb. Birinci musabiqə isə insanların hüquq ve azadlıqları, əhalinin muxtəlif təbəqələrinin, səhiyyə, ekologiya və ətraf muhit kimi mövzular yüzlərlə QHT tərəfindən prioritet seçilib.

2013-cü ilin 1-ci və 2-ci maliyyə yardımı musabiqələrində maliyyələşən layihələr çərçivəsində "Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlər" və "Ictimai əhəmiyyətli nəşrlərin dəstəklənməsi" istiqaməti üzrə 10 təşkilat tərəfindən xarici ölkələrdə 21 tədbir, 1təşkilat tərəfindən Bakı şəhərində 3 dəyirmi masa və 1teledebat keçirilib, 10 kitab nəşr edilib, 1 sayt hazırlanıb. Umumilikde, bu layihələrə 124 500manat vəsait ayrılıb.

2013-cü ildə ilk dəfə Şura milli donor olaraq, həm də bir sıra xarici QHT-lərin ölkəmizlə, insan huquqları və demokratik dəyərlərlə bağlı layihələrini maliyyələşdirməyə baslayıb. On beş ölkə -ABŞ, ingiltərə, Almaniya, Fransa, Polşa, Belçika, Litva, Rusiya, Türkiye, Ukrayna, Macarıstan, Çexiya, Norveç, İsveçrə, Avstriya qht-ləri üçün elan edilmiş maliyyə yardımı müsabiqəsi Şuranın beynəlxalq fəaliyyətində ilk təcrubə olsa da, uğurla keçib.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti