Ekspress avtobuslar yenidən fəaliyyətə başladı

   Ekspress avtobuslar yenidən fəaliyyətə başladı
  06 İyul 2020    Oxunub:2599
Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından M1, M2, M3, M4, M5, M6 və M7 ekspres xətlərinin fəaliyyəti bərpa olunub.
Azvision.az xəbər verir ki, bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki əvvəllər olduğu kimi saat 07:00-dan 20:00-dək müəyyən edilib.

Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki dəyişməz olaraq qalır. Həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası intervallar sərnişin axınına uyğun tənzimlənəcək.

Mövcud epidemik vəziyyətdə sərnişindaşımaların tənzimlənməsində başlıca məqsəd, həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) çalışan vətəndaşların daşınmasını təmin etməkdir.



Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti