“Fairmont Baku”da karantini pozanlar cəzalandırıldı - FOTOLAR

 “Fairmont Baku”da karantini pozanlar cəzalandırıldı -   FOTOLAR
  06 İyul 2020    Oxunub:7484
Paytaxtın Səbail rayonunda otellərdən birində xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşimançılıqlarını ifadə ediblər.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər.

Qeyd edək ki, "Fairmont Baku" hotelində karantin qaydalarına zidd olaraq hovuz müştərilərin istifadəsinə verilib. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.








Azvision.az


Teqlər: DİN  





Xəbər lenti