AMEA İdris Abbasovla bağlı məlumat yaydı

  05 İyul 2020    Oxunub : 4077
 AMEA İdris Abbasovla bağlı məlumat yaydı
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusa yoluxmuş alimlə bağlı məlumat yayıb.
AMEA-nın Dilçilik İnstitutunun Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, İnstitutun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir.

"Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara İdris Abbasovun səhhəti ilə bağlı məlumat verib və lazımi köməklik göstərilməsini xahiş edib. Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildiriblər", - məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: AMEA   Alim   Koronavirus