TƏBİB: Reanimasiyada olan xəstələrin sayı 342-yə çatıb

     TƏBİB:  Reanimasiyada olan xəstələrin sayı 342-yə çatıb
  05 İyul 2020    Oxunub:6446
Azərbaycanda koronavirusla bağlı 4 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 6846 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 509 min 811-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 342, süni tənəffüs cihazında olan xəstə sayı 61-dir.



Hazırkı dövrədək ölkəmizdə 19 min 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 11 min 291 nəfər müalicə olunaraq sağalıb, 241 nəfər vəfat edib. Aktiv xəstə sayı 8269 nəfərdir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti