20 Yanvarla bağlı Avropa Parlamentinə MÜRACİƏT

20 Yanvarla bağlı Avropa Parlamentinə MÜRACİƏT
  17 Yanvar 2014    Oxunub:1165
Benilüks Azərbaycanlıları Konqresi Avropa Parlamentinə və Benilüks ölkələrinin qanunverici qurumlarına müraciət ünvanlayıb

Benilüks Azərbaycanlıları Konqresi 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar olaraq Avropa Parlamentinə və Benilüks ölkələrinin qanunverici qurumlarına müraciət ünvanlayıb.

AzVision.az xəbər verir ki, konqresdən Dövlət Komitəsinə daxil olmuş məlumata görə müraciətdə 1990-cı il 20 Yanvar ümumxalq hüzn günü olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sovet rejiminin hakimiyyətinin sona çatmasının başlanğıcı olduğu qeyd edilib. Benilüks Azərbaycanlıları Konqresi müraciətində Avropa Parlamentini və Benilüks ölkələri qanunvericilərini bu qeyri-insani aksiyanı rəsmi şəkildə pisləyən qətnamə qəbul etməyə çağırıb.

Konqres üzvləri faciəyə Avropa Parlamenti tərəfindən siyasi qiymət veriləcəyinə, bu qanlı faciənin Avropa tarixi hafizəsinin tərkib hissəsi kimi qəbul ediləcəyinə inandıqlarını qeyd ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti